Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın dörd rusiyalı diplomatı ölkədən çıxarmasına cavab veriləcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski TASS agentliyinə bildirib.
“Reaksiya qaçılmaz olacaq”, – deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Avstriyanın dörd rusiyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etdiyini bildirlib.