Rusiya və Ukrayna arasında əsir düşmüş hərbçilərin mübadiləsi həyata keçirilib. Tərəflər “270-ə 270” formulu əsasında ümumilikdə 540 hərbçini qarşılıqlı olaraq azad ediblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsirlikdən qaytarılan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədirlər. Onlarla Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova işləyir.
Qeyd edək ki, tərəflər arasında sonuncu əsir mübadiləsi avqustun 19-da baş tutub. Həmin vaxt 103 rusiyalı hərbçi vətənə qaytarılıb, eyni sayda hərbçi isə Ukrayna tərəfinə təhvil verilib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada işğalçı müharibəyə başlayıb.