Modern.az

Rusiya Xerson istiqamətində atəşkəs elan edib

Rusiya Xerson istiqamətində atəşkəs elan edib

Dünya

Bu gün, 21:03

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar atəşkəs rejimi tətbiq edəcək.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) Xerson istiqamətində atəş dayandırılacaq.

“Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələri oktyabrın 27-si saat 04:00-dan etibarən Xerson istiqamətində atəşi dayandırır və sükut rejimi tətbiq edir”, – Gerasimov bildirib.

Atəşkəs rejiminin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?