Modern.az

ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir

ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir

Dünya

Bu gün, 09:05

ABŞ administrasiyası husilərin hücumlarının davam etməsi fonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinin bir qrup əməkdaşına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib.

Modern.az xəbər verir ki, AFP agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, qərar oktyabrın 22-də qəbul edilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ səfirliklərinin əməkdaşlarının ailə üzvlərinə də analoji göstəriş verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott qərarı təsdiqləyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?