Ukrayna PUA-ları Omsk şəhərindəki “Omsk Kauçuk” kimya zavoduna hücum edib.
Modern.az xəbər verir ki, bu barədə Omsk vilayətinin qubernatoru Vitali Xotsenko "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatının müəssisənin ərazisinə düşməsindən sonra genişmiqyaslı yanğın başlayıb.
Xotsenko hava hücumundan müdafiə qüvvələrinin PUA hücumunu dəf etdiyini bildirib.
Qeyd edək ki, Omsk şəhərində yerləşən “Omsk Kauçuk” zavodu Ukraynadan 2500 kilometrdən çox məsafədə yerləşir.