Modern.az

Ərdoğan Davudoğluna hökumət formalaşdırmağı tapşırdı

 Ərdoğan Davudoğluna hökumət formalaşdırmağı tapşırdı

Dünya

17 Noyabr 2015, 23:03

 

Noyabrın 1-də keçirilən təkar seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən ilk iclasından sonra prezident Rəcər Tayyib Ərdoğan baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri  Əhməd Davudoğluna yeni hökumət formalaşdırmağı həvalə edib. Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, bu, Ərdoğanla Davudoğlunun bu gün axşam saatlarında keçirilən görüşündən sonra bəlli olub.

Noyabrın 1-də keçirilən seçkilərdə AKP 50 faizə yaxın səs toplayaraq yenidən təkbaşına hökumət qurmaq səlahiyyəti əldə edib. Bu gün yeni seçilən millət vəkillərinin TBMM-də andiçmə mərasimi də keçirilib.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!