Modern.az

Ukraynada 9 min nəfər həlak olub

Ukraynada 9 min nəfər həlak olub

Dünya

9 Dekabr 2015, 13:36


Birləşmiş Millətlər Təşkilatı Ukraynadakı silahlı münaqişə ilə bağlı statistikanı açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın hesabatına görə, 2014-cü ilin aprelindən 2015-ci ilin dekabrına qədər münaqişədə 9 mindən artıq insan həlak olub, 20 mindən artıq insan isə xəsarət alıb.

Bundan əlavə, 700 mindən artıq insanın öz yurd-yuvalarını tərk edərək başqa yerlərə köçdüyü bildirilir.

BMT Ukraynada davam edən silahlı mübarizədə ən böyük insan itkilərinin 2014-cü ilin yayında və 2015-ci ilin yanvar-fevral aylarında qeydə alındığını açıqlayıb.    

Vüqar İsmayılov     

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı