Modern.az

Rusiya İŞİD-lə əlaqəsi olan azərbaycanlı qadını axtarır

Rusiya İŞİD-lə əlaqəsi olan azərbaycanlı qadını axtarır

Dünya

29 Dekabr 2015, 13:17

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kemerovo vilayəti üzrə idarəsi 26 yaşlı azərbaycanlı xanım barədə cinayət işi açıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kemerovo şəhər sakini olan azərbaycanlı qadın 25 yaşlı Prokopyevsk şəhər sakini ilə birlikdə Suriyaya gedərək İŞİD sıralarına qatılıblar.  

Hər 2 qadın internet vasitəsilə Kemerovo sakinlərini qruplaşmaya dəvət etməkdə davam edirlər.

Federal Təhlükəsizlik Xidməti hər 2 qadın barəsində “terrorizm” maddəsi ilə cinayət işi açıb. Qadınların Suriyada olduğunu nəzərə alan Rusiya istintaqçıları onları beynəlxalq axtarışa verməyə hazırlaşır.    

Vüqar İsmayılov   

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...