Modern.az

İraqda ötən il 22 mindən çox adam ölüb

İraqda ötən il 22 mindən çox adam ölüb

Dünya

1 Yanvar 2016, 19:33



2015-ci ildə İraqda törədilən terror aktları, zorakılıq və hərbi münaqişə nəticəsində 22 mindən çox insan həlak olub. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda BMT-nin İraqdakı missiyası məlumat verib.

“Dinc vətəndaşlar arasında ölənlərin ümumi sayı (polis əməkdaşları və Anbar vilayətindəki qurbanlar da daxil olmaqla yaralanan və öldürülənlər) 2015-ci ildə 22 370 nəfər olub. 7515 nəfər ölüb, 14855 nəfər yaralanıb”, - təşkilatın Facebook səhifəsində çap olunan bəyanatda qeyd edilir.

Sənəddə bildirilir ki, təkcə dekabr ayında zorakılıqdan 506 dinc sakin həlak olub, 867 nəfər xəsarət alıb. Bu müddətdə hərbçilər arasında itki 474 nəfər olub, 377-si yaralanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...