Modern.az

Hindistanda 6,7 bal gücündə zəlzələ oldu - Ölənlər var

Hindistanda 6,7 bal gücündə zəlzələ oldu - Ölənlər var

Dünya

4 Yanvar 2016, 11:15


Hindistanın Manipur ştatında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Modern.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, ötən gecə baş verən təbii fəlakətin ocağı yerin 17 km dərinliyində olub.

Zəlzələ nəticəsində bir neçə yaşayış evi, yeni tikilmiş altı mərtəbəli bina və ticarət mərkəzinə ciddi ziyan dəyib. 6 mərtəbəli bir yaşayış binasının çəkməsi nəticəsində çoxlu yaralananların olduğu bildirilir.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı