Modern.az

Almaniyada qadınlara təcavüz edənlərin 29-u miqrant çıxdı

Almaniyada qadınlara təcavüz edənlərin 29-u miqrant çıxdı

Dünya

8 Yanvar 2016, 15:50


Almaniyanın Köln şəhərində Yeni il gecəsi bayramı qadınlara hücum edən 32 nəfərdən 29-nun ölkəyə miqrant statusu ilə gələn qaçqınlar olduğu aydınlaşıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bayram gecəsi 90-dan artıq qadın şəhərin əsas meydanlarından birində afrikalı və ərəb görkəmli kişilər tərəfindən seksual təzyiqələrə və soyğunçuluğa məruz qaldıqlarını demişdi.  

Hazırda şübhəlilərdən 2-ni həbs edən alman polisi digər şəxslərin də axtarışını davam etdirir.

Qərb mətbuatı Avropada geniş rezonans doğuran hadisədən sonra avropalıların sıx insan kütləsi olan yerlərdə gəzməkdən çəkindiyini yazıb.  

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı