Modern.az

İŞİD öz döyüşçülərini diri-diri yandırdı

İŞİD öz döyüşçülərini diri-diri yandırdı

Dünya

14 Yanvar 2016, 09:32


Ramadidən Mosula qaçan “İslam dövləti” (İŞİD) döyüşçüləri ələ keçirilərək diri-diri yandırılıb. Modern.az saytının verdiyi xəbərə görə, bu barədə “FoxNews” agentliyi məlumat yayıb.

İŞİD yaraqlılarının qaçması terror təşkilatı tərəfindən xəyanət kimi dəyərləndirildiyinə görə, bu addım atılıb. 

Məlumata görə, İŞİD öz döyüşçülərini bir yerə yığaraq yandırmağa başlayıb.  

Qeyd edək ki, İŞİD-in nəzarətində olan Ramadi şəhərinin böyük bir hissəsi İraq ordusu tərəfindən azad edilib.  

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!