Modern.az

İŞİD android telefonlar üçün öz WhasApp-nı yaratdı

İŞİD android telefonlar üçün öz WhasApp-nı yaratdı

Dünya

15 Yanvar 2016, 14:06


Müxtəlif messencer sistemləri və sosial şəbəkələrdə akkauntları blok edilən İŞİD qruplaşması çarəni özünə yeni messencer yaratmaqda görüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şifrələnmiş messencer Android telefonlar üçündür və “Alwari” adlanır. WhatsApp və Telegram kimi analoqlarından xeyli zəif olsa da, yeni messencer terror qruplşamasına təzə üzvlər cəlb etməkdə yardımçı olmalıdır.

Bütün səylərə baxmayaraq, İŞİD qruplaşmasını sosial şəbəkələrdən tamamilə sıxışdırmaq mümkün olmayıb.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı