Modern.az

Dünyanın ən məşhur kinofestivalına bu il başçılıq edəcək şəxsin adı açıqlandı

Dünyanın ən məşhur kinofestivalına bu il başçılıq edəcək şəxsin adı açıqlandı

Dünya

2 Fevral 2016, 13:11

Avstraliyalı ssenarist, prodüser və kinorejissor Corc Miller bu ilin mayında keçiriləcək 69-cu Kann kinofestivalının münsiflər heyətinə rəhbərlik edəcək.

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı kinrejissor daha çox 4 hissəli “Dəlisov Maks” kinoepopeyası ilə məşhurdur.  

11- 22 may tarixlərində keçiriləcək kinofestival artxaus filmlərlə yanaşı janr filmlərinə də yer ayıracağını göstərib.  

Xatırladaq ki, Kann kinofestivalı 1946-cı ildən bəri Fransanın Aralıq dənizi sahilindəki eyniadlı kurort şəhərində keçirilir.    

Vüqar İsmayılov       

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...