Modern.az

Beynəlxalq məhkəmə Türkiyəyə görə İranı cərimələdi - 1 milyard dollar

Beynəlxalq məhkəmə Türkiyəyə görə İranı cərimələdi - 1 milyard dollar

Dünya

2 Fevral 2016, 16:55


Beynəlxalq Arbitraj Məhkəməsi İranı 2011-2015-ci illərdə Türkiyəyə satdığı qazın qiymətini əsassız yerə artırmasına görə 1 milyard dollar cərimələyib.  

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, İranın neft nazirinin müavini Həmid Rza Araki faktı təsdiqləyib.   Arakinin sözlərinə görə Türkiyəyə ödəniləcək kompensasiyanın məbləği dəqiq göstərilməsə də, onun 1 milyard dollara yaxın olacağı gözlənilir.

Tərəflər arasında qazın qiyməti ilə bağlı danışıqlar nəticə vermədikdən sonra 2012-ci ildə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Ankara Tehrandan 25%-lik qaz endirimi tələb edir.  

İran Rusiyadan sonra Türkiyəyə qaz tədarük edən ikinci ölkədir.  

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...