Modern.az

ABŞ neftin hər barelinə görə 10 dollar vergi tətbiqini təklif edir

 ABŞ neftin hər barelinə görə 10 dollar vergi tətbiqini təklif edir

Dünya

5 Fevral 2016, 01:24

 

ABŞ prezidenti Barak Obama 2017-ci maliyyə ili büdcəsində neftin hər barelinə görə 10 dollar həcmində vergi tətbiq olunmasını təklif edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

Məlumata görə, bu vəsait ekoloji təşəbbüslər və infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönələcək.

Güman edilir ki, vergini neft şirkətləri ödəyəcək, yığımlar isə şəhər nəqliyyatı və yüksək sürətli dəmir yol magistrallarının tikintisi, ekoloji təmiz nəqliyyat növləri və robotlaşdırılmış avtomobillərin tətbiqi üçün istifadə olunacaq. Respublikaçılar tərəfindən idarə olunan Konqresin bu təşəbbüsü rədd edəcəyi gözlənilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı