Modern.az

Ankarada terror törədənin kimliyi bəlli oldu

Ankarada terror törədənin kimliyi bəlli oldu

Dünya

18 Fevral 2016, 10:11

Ankarada terror hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Modern.az Türkiyə KİV-nə  istinadən bildirir ki, 28 insanın ölümünə səbəb olan terror hadisəsini PKK-nın Suriya qolu olan PYD-nin üzvü Salih Necar törədib.

Şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.  

Suriyalı qaçqınlarla birlikdə Türkiyəyə girdiyi ehtimal edilən  terroristin  ölkəyə daxil olduğu vaxt barmaq izlərinin götürüldüyü qeyd edilib. Polis bu qeydlərdən şəxsiyyətin kimliyini müəyyən edə bilib.

Qeyd edək ki, Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə, yaralıların sayı isə 61-ə çatıb.

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı