Modern.az

Poma papası ölüm hökmünü ləğv etməyə çağırıb

Poma papası ölüm hökmünü ləğv etməyə çağırıb

Dünya

22 Fevral 2016, 01:13

 

Poma papası dünya ictimaiyyətini ölüm hökmünü ləğv etməyə çağırıb. Modern.az saytı xəbər verir ki, papa çağırışı bu yaxınlarda keçiriləcək ədliyyə nazirlərinin 9-cu beynəlxalq konqresindən əvvəl səsləndirib.

Məlumata görə, papa bazar günü duasında bütün dünya dövlətlərinə müraciət edərək, bu məsələdə razılığa gəlməyə çağırıb.

Dini lider dövlət başçılarına müraciətində deyib: “Kim özünü katolik hesab edirsə, bu müqəddəs il bir dənə də olsun ölüm hökmü verməsin”.

Onun bu sözlərini Müqəddəs Petra meydanına yığışanlar alqışlarla qarşılayıblar.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!