Modern.az

Donald Tramp Nevada ştatında da qələbə qazanıb

Donald Tramp Nevada ştatında da qələbə qazanıb

Dünya

24 Fevral 2016, 11:28

Donald Tramp ötən gün Nevada ştatında keçirilən praymerizdə də qələbə qazanaraq Respublikaçılar partiyasının aşkar favoriti olaraq qalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder səslərin təxminən 40%-ni toplaya bilib. Onun ən yaxın rəqibləri Marko Rubio 24%, Ted Kruz isə 21% səs toplayıb.

Bu Donald Trampın Nyu-Hempşir və Cənubi Karolina ştatlarından sonra qələbə qazandığı sayca 3-cü ştatdır.

Respublikaçı seçicilərin əksəriyyəti, hazırkı siyasi sistemə etiraz olaraq, prezident seçiləcəyi təqdirdə həyat səviyyəsini yüksəldəcəyini söz verən Donald Trampa etimad göstərirlər.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı