Modern.az

Suriya kürdləri atəşkəsə razı oldular

Suriya kürdləri atəşkəsə razı oldular

Dünya

25 Fevral 2016, 17:53


Suriya kürdlərinin silahlı dəstələri atəşkəs rejiminə riayət etməyə hazır olduqlarını deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Demokratik İtitfaq partiyası və Xalq Özünümüdafiə Qüvvələri (YPG) bununla bağlı açıqlama veriblər.  

Onlar 27 fevraldan etibarən 2 həftə müddətində Suriya müxalifəti və Əsəd qoşunları ilə atəşkəsə razı olduqlarını bəyan ediblər.  

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriya kürdlərinin atəşkəs rejimindən kənarda qalmaları ilə bağlı istəyini “boş şey” adlandırmışdı.  

Vüqar İsmayılov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı