Modern.az

Dərsə gedən qızı maşın vurdu

Dərsə gedən qızı maşın vurdu

Hadisə

Bu gün, 13:13

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az məlumat veürir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini - 2009-cu il təvəllüdlü rayon sakini Günel Şirinli yolu keçərkən VAZ-2107 markalı avtomobillə vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Məlumata görə, G.Şirinli Xındırıstan kənd orta məktəbinin 11-ci sinif şagirdidir və o, səhər saatlarında dərsə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Sizə yeni x var
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?