Modern.az

Şəkidə faciəvi yol qəzası: bir nəfər öldü

Şəkidə faciəvi yol qəzası: bir nəfər öldü

Hadisə

25 Aprel 2026, 09:46

Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və xəsarət alanlar var.

Modern.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ