Modern.az

Sabunçu tunelini daha su basmayacaq

Sabunçu tunelini daha su basmayacaq

Hadisə

Bu gün, 12:25

Sabunçu rayonunda kanalizasiya xətlərində yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işlər planında məlumat yer alıb.

Plana əsasən, Sabunçu rayonu, A. Əsədullayev küçəsində yerləşən diametri 600 mm olan kanalizasiya kollektorunda yaranmış çökmənin aradan qaldırılması və xəttin bərpası nəzərdə tutulur.

Eyni zamanda, həmin ərazidə tunelin daxilində yerləşən diametri 1000 mm olan kanalizasiya kollektorunda da çökmə qeydə alınıb. Qurum tərəfindən bu xətt üzrə də bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, görüləcək tədbirlər kanalizasiya infrastrukturunun dayanıqlılığının təmin olunmasına və mümkün risklərin qarşısının alınmasına xidmət edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə