Modern.az

Zaqatalada güllələnmə - Xəsarət alan, saxlanılan var

Zaqatalada güllələnmə - Xəsarət alan, saxlanılan var

Hadisə

9 May 2026, 17:33

Mayın 9-da Zaqatala rayonunda silahlı insident olub.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində törədilib.

Belə ki, rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi