Modern.az

Zabratda yük maşını piyadanı vuraraq öldürdü

Zabratda yük maşını piyadanı vuraraq öldürdü

Hadisə

Bu gün, 09:42

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, Sahil Səttar oğlu Abbasovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçmək istəyən piyada Nurlan Rafiq oğlu Əhmədovu vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır