Modern.az

Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü 

Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü 

Hadisə

9 İyun 2026, 09:30

Yevlax rayonunda bədbəxt hadisə baş verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, rayonun Xaldan qəsəbəsində tək yaşayan 1935-ci il təvəllüdlü Zümrüd Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq qalayan zaman ehtiyatsızlıq nəticəsində üzərindəki geyimlər alışıb.

Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan 91 yaşlı qadın xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ