Modern.az

Qadın sürücünün vurduğu piyada öldü

Qadın sürücünün vurduğu piyada öldü

Hadisə

10 İyun 2026, 09:30

Bakıda qadın piyada avtomobil vurması nəticəsində ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Cavadxan küçəsi 23 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Şəfəq Məmmədovanın idarə etdiyi "Mazda" markalı avtomobil yolu keçmək istəyən Arzu Əliyevanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi