Modern.az

Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü

Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü

Hadisə

10 İyun 2026, 10:16

Xaçmazda uzunqulaq dişlədiyi 70 yaşlı kişi vəfat edib

Modern.az xəbər verir ki, Xaçmaz rayonunda qeyri-adi ölüm hadisəsi qeydə alınıb.

Hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə təhvil verilib.

Məlumata görə, M.Əsfəndiyarovu təxminən bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. O, hadisədən sonra ev şəraitində müalicə alıb.

Bir müddət sonra səhhətində ağırlaşma yaranan kənd sakini bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr