Modern.az

Qabırğaları sınan blogerin son durumu açıqlandı

Qabırğaları sınan blogerin son durumu açıqlandı

Hadisə

Bu gün, 13:22

İyunun 5-də Tailandda ağır yol qəzasına düşən tanınmış bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova son durumları ilə bağlı paylaşım ediblər.

Modern.az xəbər verir ki, Həsti Həsənova şəxsi sosial şəbəkə hesabında hər şeyin yavaş-yavaş qaydasına düşdüyünü yazıb:

"Artıq bir həftə keçdi, bizim üçün çox çətin bir həftə oldu... Yuxusuz gecələr, ağrılar, travma, stress. Amma şükürlər olsun ki, yavaş-yavaş hər şey yaxşıya doğru gedir. Hər gün yazıb maraqlanan dost, tanış və izləyicilərimiz, çox sağ olun, var olun!

Vahidin nə qədər güclü olduğunun bir daha şahidi oldum. 9 qabırğa sınığı, körpücük sümüyünün sınığı ilə yenə də aktiv qalmağa, hər şeyi özü etməyə çalışır. Amma təbii ki, buna imkan vermirəm.

Zamanla daha da yaxşı olacaq inşallah, hələ ki ağrılı günlər davam edir. Amma ilk günlərdəki kimi deyil artıq. İnanıram ki, birlikdə bunun da öhdəsindən gələcəyik. Sizi məlumatsız qoymaq istəmədim, ona görə də belə bir paylaşım etmək qərarına gəldim".

Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV