Modern.az

Nişana gedənləri daşıyan mikroavtobus AŞDI: 7 ölü, 9 yaralı var

Nişana gedənləri daşıyan mikroavtobus AŞDI: 7 ölü, 9 yaralı var

Hadisə

15 Avqust 2026, 20:17

Türkiyənin Diyarbakır vilayətinin Lice rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakırdan Muşa nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, 9-u isə xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var