Modern.az

Qazaxda ağır qəza oldu, 3 nəfər həyatını itirdi 

Qazaxda ağır qəza oldu, 3 nəfər həyatını itirdi 

Hadisə

Bu gün, 11:37

Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsilə toqquşub.

Yol hadisəsi zamanı üç nəfər həyatını itirib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Səkinə Mustafayeva (1958-ci təvəllüdlü), Məqsəd İbrahimov (1968-ci il təvəllüdlü) və Fəxrəddin Mustafayev (1959-cu il təvəllüdlü) hadisə yerində vəfat ediblər.

Bundan başqa xəsarət alan 1997-ci il təvəllüdlü Şəadət Mustafayev xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!