Modern.az

İçərişəhərdə oteldə yanğın: qonaqlar təxliyə olundu - FOTO

İçərişəhərdə oteldə yanğın: qonaqlar təxliyə olundu - FOTO

Hadisə

23 Avqust 2026, 15:07

İçərişəhər ərazisində yerləşən “Sapphire Inn” otelində yanğın baş verib.

Modern.az-ın məlumatına görə, yanğın otelin ikinci mərtəbəsində başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürən qüvvələr cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı, təcili tibbi yardım briqadaları və polis əməkdaşları da cəlb olunublar. Təhlükəsizlik məqsədilə oteldə olan şəxslər təxliyə edilib.

Yanğının başvermə səbəbləri və hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?