Cənubi Afrikanın "Airlink" aviaşirkətinin iki "Embraer" sərnişin təyyarəsi Keyptaundakı DHL stadionunun üzərindən təhlükəli dərəcədə yaxın məsafədən uçub.
Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
Birinci təyyarə stadionun damından cəmi bir neçə metr yüksəklikdən uçub. İkinci təyyarə isə stadiondan buraxılan pirotexniki atəşlərin olduğu əraziyə çox yaxın məsafədən keçib.
Təyyarələr Cənubi Afrika Respublikasının (Springboks) və Yeni Zelandiyanın milli komandaları arasında keçirilən məşhur reqbi matçının başlamasından əvvəl razılaşdırılmış çox aşağı hündürlükdə uçuş həyata keçiriblər.