Gürcüstandan Moskvaya gedən sərnişin avtobusu “KamAZ”la toqquşub.
Modern.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 38 nəfər isə yaralanıb.
Yol-nəqliyyat hadisəsi Stavropol vilayətində baş verib. İlkin məlumata görə, avtobusun sürücüsü sürət həddini aşıb və qarşıda hərəkətdə olan yük maşınına çırpılıb.
Yaralananlar arasında 5 uşağın olduğu bildirilir.