Modern.az

Şimali Kiprdə batan gəmidən 159 nəfər XİLAS EDİLDİ

Şimali Kiprdə batan gəmidən 159 nəfər XİLAS EDİLDİ

Hadisə

Bu gün, 15:30

Xəbər verdiyimiz kimi Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne şəhəri yaxınlığında sərnişin gəmisi batıb.

Modern.az xəbər verir ki, batan gəmidən 159 nəfər xilas edilib. Bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - şəhər meri qeyd edib.

Qeyd edək ki, sahildən təxminən 6.44 kilometr uzaqlıqda batan gəmidə 260 sərnişin olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...