Modern.az

Skuterlə Qırmızı işıqda keçdilər - azyaşlıların təhlükəli GÖRÜNTÜLƏRİ

Skuterlə Qırmızı işıqda keçdilər - azyaşlıların təhlükəli GÖRÜNTÜLƏRİ

Hadisə

Bu gün, 15:10

"Vaxtında müdaxilə edilmədikdə azyaşlılar qəzanın qurbanı ola bilərlər".

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları barədə valideynlərə müraciətində deyilir.

NİİM azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları barədə görüntüləri təqdim edib və qeyd olunub ki, azyaşlılar törətdikləri qayda pozuntuları ilə özlərinin və digərlərinin həyatı üçün ciddi təhlükə yaradıblar:

"Sutkanın qaranlıq vaxtı paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçirlər. Yollarda təhlükəli manevrlər edən zaman skuterdə olan azyaşlı sərnişin yolun hərəkət hissəsinə də yıxılır. Xoşbəxtlikdən, bu dəfə onların etdikləri səhv hərəkətlər qəza ilə nəticələnməyib. Lakin görüntülər bir daha göstərir ki, uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, həmin qaydalara əməl etməsinə nəzarət də olduqca vacibdir.

Bu məqsədlə hər bir valideyn müşahidə kameralarının qeydə aldığı görüntülərə diqqətlə baxmalı və həyat üçün vacib olan bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Onlar bilməlidirlər ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan başlanır. Valideynlər övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etməli, svetofor siqnalları barədə məlumat verməli, əks istiqamətdə hərəkət etməyin və təhlükəli manevrlərdən çəkinməyin zəruriliyini diqqətə çatdırmalıdırlar".

O da qeyd edək ki, belə hallar aşkar edildiyi zaman azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...