Modern.az

Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini döydü - Dondurmaya görə

Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini döydü - Dondurmaya görə

Hadisə

Bu gün, 22:38

Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb.

Modern.az lent.az-a istinadən xəbər verir ki, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb.

67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılın üstünə ataraq, dondurmaları istəmədiklərini deyib. Bundan əsəbiləşən kişi əlindəki yarım litrlik su butulkası ilə Naziləni vurub. Hadisədən dərhal sonra Nazilə polisə şikayət edib.

Şikayət əsasında İsmayıl Nəcəfov aidiyyəti üzrə polis orqanına dəvət olunub və barəsində protokol tərtib olunub.

İsmayıl Nəcəfov ifadəsində bildirib ki, Nazilə ilə 9 il münasibətləri olub və bu münasibətə görə hətta ailəsi də dağılıb. O, Naziləgilə verdiyi dondurmaları nəvələrinə aldığını qeyd edib. Yekun sözündə isə barəsində yüngül cəza verilməsini məhkəmədən istəyib.

Məhkəmənin qərarı ilə İsmayıl Nəcəfov 300 manat məbləğində inzibati qaydada cərimələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab