Modern.az

Ağdamda traktor minaya düşdü 

Ağdamda traktor minaya düşdü 

Hadisə

5 Sentyabr 2026, 23:59

Ağdamda traktor minaya düşüb.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab