Modern.az

Təyyarədə OLAY: Dava saldı, ekonomdan biznes sinfinə keçirildi - GÖRÜNTÜ

Təyyarədə OLAY: Dava saldı, ekonomdan biznes sinfinə keçirildi - GÖRÜNTÜ

Hadisə

6 Sentyabr 2026, 08:53

ABŞ-də sərnişin təyyarədə dava salıb, əl-qolu bağlandıqdan sonra isə sərnişinləri dişləməyə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"American Airlines" aviaşirkətinin reysində sərnişin ətrafındakı insanları təhqir etməyə başlayıb, yanında oturan kişini döyüb və davaya müdaxilə etməyə çalışan qadına zərbə vurub.

Digər sərnişinlər onun əllərini bağlasalar da, kişi bu dəfə onları dişləməyə başlayıb. Buna görə də insident yaradan sərnişini nəhayət biznes sinfindəki oturacağa yapışqan lentlə bağlayıblar.

Sərnişinlərdən biri təyyarə Merilend ştatına məcburi eniş edənədək təxminən 15 dəqiqə onun üstündə oturub. Təyyarə yerə enəndə isə “hava macəralarını” sevən sərnişini polis əməkdaşları gözləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı