Modern.az

Hörmüz boğazında gərginlik: İran tankeri batdı

Hörmüz boğazında gərginlik: İran tankeri batdı

Hadisə

Bu gün, 09:53

İrana məxsus M/T Kylo neft tankeri ABŞ-ın hücumundan sonra Hörmüz boğazında batıb.

Modern.az xəbər verir ki, gəminin gövdəsinə azı 4 raket zərbəsi endirilib.

Hücum nəticəsində tankerdə yanğın baş verib, daha sonra gəmi yan üstə çevrilərək suya qərq olub.

Məlumatda bildirilir ki, hadisə Oman körfəzində baş verib.

Qeyd edək ki, sentyabrın 5-də ABŞ-ın müharibə naziri Pit Heqset İranın ABŞ hərbi donanmasına hücum edəcəyi təqdirdə bütün İran tankerlərini məhv etməklə hədələyib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun yerli sularda patrul xidməti aparan iki ABŞ Hərbi Dəniz Qüvvələri gəmisinə ballistik raketlər atmasından sonra üç İran neft tankerinə zərbələr endirib.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab