Modern.az

Elektrik qatarı yük maşınına çırpıldı, 2 vaqon relsdən çıxdı

Elektrik qatarı yük maşınına çırpıldı, 2 vaqon relsdən çıxdı

Hadisə

Bu gün, 13:39

Rusiyanın Vladimir vilayətində elektrik qatarı ilə yük maşını toqquşub.

Modern.az xəbər verir ki, hadisə nəticəsində elektrik qatarının iki vaqonu relsdən çıxıb. İlkin məlumata görə, yük maşınının sürücüsü qəza zamanı həyatını itirib.

Moskva Dəmir Yolu İdarəsindən bildirilib ki, qəza ilə əlaqədar №6444 Aleksandrov-1 – Orexovo qatarının hərəkəti ləğv edilib.

Hadisə yerinə iki bərpa qatarı göndərilib.

Qəzanın digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab