Modern.az

Fermerdən ŞİKAYƏT: Pambıq sahəmi suvarmağa imkan vermədilər - GÖRÜNTÜ

Fermerdən ŞİKAYƏT: Pambıq sahəmi suvarmağa imkan vermədilər - GÖRÜNTÜ

Hadisə

Bu gün, 14:20

Tərtər rayonunun Qapanlı kənd sakini Orucov Cənnət Məhəmməd oğlu pambıq sahəsini suvara bilməməsi ilə bağlı şikayət edib.

Vətəndaş Modern.az-a bildirib ki, anasının adına olan pay torpağında təsərrüfat işləri ilə məşğul olur və həmin ərazidə pambıq əkib.

O iddia edir ki, texniki su nəzarətçisi Quliyev Qasım İsa oğlu təsərrüfat sahəsini su ilə təmin etmədiyindən iyunun 7-dən etibarən pambıq sahəsini suvara bilməyib. C.Orucovun iddiasına əsasən, sözügedən şəxs kəndə gələn suyun qarşısını kəsərək təsərrüfat sahiblərindən 15-20 manat pul müqabilində ərazilərin su ilə təmin edilməsinə şərait yaradır.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Bundan sonra təsərrüfat sahəsinin su ilə təmin olunması ilə bağlı göstəriş verilsə də, suvarmanın gecikdirilməsi nəticəsində pambıq sahəsi yararsız vəziyyətə düşüb.

C.Orucov ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

Qeyd edək ki, şikayətçinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Mövqeyi dərc etməyə hazırıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab