Modern.az

Bazara PUA zərbəsi endirildi– 6 nəfər yaralandı

Bazara PUA zərbəsi endirildi– 6 nəfər yaralandı

Hadisə

6 Sentyabr 2026, 16:38

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Zaporojye vilayətinin Enerqodar şəhərində bazara yenidən pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Maksim Puxov məlumat verib.

Onun sözlərinə görə, bazara ilk hücum nəticəsində 6 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti isə son dərəcə ağırdır.

Puxov bildirib ki, bazara ikinci dəfə də PUA ilə zərbə endirilib. Yeni hücum nəticəsində ölən və yaralananların olub-olmadığı barədə əlavə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı