Modern.az

Ana yıxıldı, qucağındakı körpə öldü

Ana yıxıldı, qucağındakı körpə öldü

Hadisə

7 Sentyabr 2026, 09:44

Göyçayda bədbəxt hadisə baş verib.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

İlkin məlumata görə, ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hadisənin dəqiq təfərrüatları və körpənin ölüm səbəbi araşdırmadan sonra məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?