Modern.az

Ağac hərəkətdə olan avtomobilin üzərinə aşdı - FOTO

Ağac hərəkətdə olan avtomobilin üzərinə aşdı - FOTO

Hadisə

7 Sentyabr 2026, 18:46

Cəlilabad rayonunda irigövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, magistralın digər istiqamətində də irigövdəli ağacların aşması nəticəsində analoji hadisə baş verib.

Aşan ağaclar yolun hərəkət hissəsini bağladığından magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası istiqamətində iş aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!