Modern.az

Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı

Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı

Hadisə

Bu gün, 20:02

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bolsulu kənd sakini 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Ford” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü S.Kərimov və avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Muradova Aytən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səylərinə baxmayaraq S.Kərimov xəstəxanada dünyasını dəyişib.

Onun qızı A.Muradovaya ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!