Modern.az

Suraxanıda 14 kiloqrama yaxın narkotik tapıldı

Suraxanıda 14 kiloqrama yaxın narkotik tapıldı

Hadisə

8 Sentyabr 2026, 18:47

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb.

Onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?