Modern.az

Bakıda obyektdə yanğın oldu - YENİLƏNİB

Bakıda obyektdə yanğın oldu - YENİLƏNİB

Hadisə

8 Sentyabr 2026, 21:00

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın məhdudlaşdırılıb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını genişlənməyə imkan vermədən qısa müddətdə məhdudlaşdırıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

Saat 20:18

Bakının Sabunçu rayonunda obyektlərin birində güclü yanğın başlayıb.

Modern.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

(oxu)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?