Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.