Modern.az

Şəkidə avtoqəza olub, sürücü ölüb

Şəkidə avtoqəza olub, sürücü ölüb

Hadisə

Bu gün, 21:06

Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...